Bu ölkədə qadınlar həkim ola bilməz

Bu ölkədə qadınlar həkim ola bilməz Əfqanıstanda qızların ali və orta təhsil müəssisələrində tibb təhsili alması qadağan edilib.

Müvafiq sərəncamı ölkə rəhbəri Haybətullah Axundzadə imzalayıb.

Qeyd olunur ki, Əfqanıstanın Səhiyyə Nazirliyi səhiyyə rəsmilərinə qızların artıq bu müəssisələrdə təhsil almasına icazə verilmədiyi barədə məlumat verib.

Səhiyyə naziri vurğulayıb ki, dekabrın 3-dən qadınlara və qızlara hətta tibb institutlarında, eləcə də texnikumlarda oxumaq qadağan edilib.

Tehsil-press.az

Oxşar xəbərlər