Əfqanıstanda qızların ali təhsil alması qadağan edildi

Əfqanıstanda qızların ali təhsil alması qadağan edildi Əfqanıstan Ali Təhsil Nazirliyi qız tələbələrin universitetə ​​getməsinə qadağa qoyub.
Bu barədə Əfqanıstan Ali Təhsil Nazirliyinin sözçüsü Hafiz Zeiyaullah Haşimi sosial media hesabında məlumat verib.
Qərardan əvvəl universitetlərdəki qız tələbələr oğlanlardan ayrı oturmaq və müəyyən geyim qaydalarına əməl etmək şərti ilə dərslərə qatıla bilərdilər.
Qeyd edək ki, Əfqanıstanda qızların orta məktəbdə təhsil alması da məhdudlaşdırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər