BDU-da "Dövlət qulluğunun üstünlükləri, dəyişikliklər və perspektiv planlar" mövzusunda infosessiya

BDU-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Bakı Dövlət Universitetində (BDU) “Dövlət qulluğunun üstünlükləri, dəyişikliklər və perspektiv planlar” mövzusunda təlim keçirib.

Təlimdə ƏƏSMN Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Rauf Əliyev, şöbənin baş məsləhətçisi Həsənağa Hüseynov, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov və fakültələrin IV kurs tələbələri, magistrantlar iştirak ediblər.

Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov ali təhsil müəssisələrində dövlət qulluğunun üstünlükləri ilə bağlı maarifləndirmə işinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.

Sonra ƏƏSMN-in şöbə müdirinin müavini Rauf Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda dövlət qulluğunun təbliği və təşviqi istiqamətində görülən işlər, layihələr barədə təlim iştirakçılarına məlumat verib.

Təlim tələbə və magistrantların mövzu ətrafında sualları ilə davam etdirilib.

BDU-da "Dövlət qulluğunun üstünlükləri, dəyişikliklər və perspektiv planlar" mövzusunda infosessiya
BDU-da "Dövlət qulluğunun üstünlükləri, dəyişikliklər və perspektiv planlar" mövzusunda infosessiya
BDU-da "Dövlət qulluğunun üstünlükləri, dəyişikliklər və perspektiv planlar" mövzusunda infosessiya


Tehsil-press.az

Oxşar xəbərlər