BDU-nun tələbələri Prezident mükafatçıları olan gənclərlə görüşüb

BDU-nun tələbələri Prezident mükafatçıları olan gənclərlə görüşüb Bakı Dövlət Universitetinin (BDU) tələbələri Prezident mükafatçıları olan gənclərlə görüşüblər. Görüş BDU və “Gənclərin maariflənməsinə dəstək” İctimai Birliyi tərəfindən təşkil olunub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov ölkədə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən danışıb, BDU tələbə təşkilatlarının fəaliyyəti və həyata keçirilən layihələr haqqında məlumat verib. Qeyd edib ki, BDU tələbələri ölkənin ictimai-sosial həyatında və gənclər siyasətinin həyata keçirilməsində fəal rol oynayırlar.
Sonra “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə Prezident İlham Əliyev tərəfindən mükafatlandırılan gənclər – “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev təmsil etdikləri təşkilatların məqsəd və vəzifələri haqqında məlumat verib, fəal gəncləri ictimai iştirakçılığın təmin edilməsində aktiv olmağa çağırıblar. Onlar, həmçinin şəxsi karyerada uğur qazanmağın yolları, könüllülük fəaliyyətinin təşviqi və ictimai fəallığın gənclərin gələcək karyeralarına müsbət təsirindən danışıblar.
Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər