BDU-da Azərbaycanlı Tələbə və Məzunlar Platformasının məlumat sessiyası keçirilib

BDU-da Azərbaycanlı Tələbə və Məzunlar Platformasının məlumat sessiyası keçirilib Bakı Dövlət Universitetində (BDU) Azərbaycanlı Tələbə və Məzunlar Platformasının (ASAP) məlumat sessiyası olub.
Sessiyanın keçirilməsində məqsəd BDU tələbələrini ASAP-ın missiya və məqsədləri ilə tanış etmək, eləcə də onların xarici ölkələrdə təhsilə marağını artırmaqdır.
Tədbirdə xaricdə təhsil almaq arzusunda olan tələbələr iştirak ediblər.
Sessiyada çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov dövlət gənclər siyasətinin əhəmiyyətindən danışıb, xaricdə təhsil almaq arzusunda olan tələbələr üçün bu cür sessiyaların keçirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin gənclərə dəstək vermək üçün BDU tərəfindən atılan addımları diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycanın aparıcı universitetlərindən biri olan və geniş mübadilə proqramına malik BDU ASAP üçün ən mühüm tərəfdaşlardandır.
Sonra ASAP komandasının üzvləri interaktiv formada tələbələri məlumatlandırıb, təşkilatın fəaliyyət istiqamətləri haqqında təqdimatla çıxış ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər