GDU-NUN TƏLƏBƏLƏRİ ALMANİYA UNİVERSİTETLƏRİNDƏ TƏCRÜBƏ KEÇMƏK ŞANSI QAZANIBLAR

GDU-NUN TƏLƏBƏLƏRİ ALMANİYA UNİVERSİTETLƏRİNDƏ TƏCRÜBƏ KEÇMƏK ŞANSI QAZANIBLAR Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin Alman dili müəllimliyi ixtisasının 5 tələbəsi- Mədinə Abbaslı, Səbinə Qurbanova, Aysel Məmmədova, Jalə Qasımova və Elanə Daşdıyeva Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramına qəbul üçün keçirilən müsabiqədə uğur qazanıblar. Tələbələrimiz mübadilə proqramı çərçivəsində bir ay müddətində Almaniyada təşkil ediləcək yay məktəblərində təcrübə keçmək şansı əldə ediblər.

Qeyd edək ki, Alman Akademik Mübadilə Xidməti – DAAD tələbə və elmi işçilərin beynəlxalq mübadiləsi ilə məşğul olan dünyanın ən böyük təqaüd təşkilatıdır. Təqaüdlər Almaniya dövləti tərəfindən tam maliyyələşdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər