DAAD-nin təqaüd proqramları barədə tələbələrə məlumat verilib

DAAD-nin təqaüd proqramları barədə tələbələrə məlumat verilib Azərbaycan Texniki Universitetində (AzTU) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramları haqqında məlumatlandırma sessiyası keçirilib.
Tədbirdə prorektorlar Fariz Məmmədov və Sübhan Namazov AzTU ilə DAAD-nin uzunmüddətli əməkdaşlığından, təqaüd proqramlarının mühəndislik ixtisasları üzrə yaratdığı imkanlardan danışıblar.
Daha sonra DAAD-nin AzTU-da alman dilini tədris edən müəllimi Klaudio Kasperl Almaniyada təhsil, DAAD-nin fəaliyyəti, magistratura və doktrantura səviyyələri üzrə təqaüd proqramları haqqında tələbələrə ətraflı məlumat verib.
Sonda tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər