Turizm və Menecment Universitetinin tələbələri Almaniyada təqaüdlü mübadilə proqramı çərçivəsində təhsil alacaqlar

Turizm və Menecment Universitetinin tələbələri Almaniyada təqaüdlü mübadilə proqramı çərçivəsində təhsil alacaqlar Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) daha iki tələbəsi -Ceyhun Balatdinov və Abdüləziz Ağazadə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) maliyyə dəstəyi ilə Almaniya Federativ Respublikasının Vilhemşaven şəhərindəki Yade Tətbiqi Elmlər Universitetində bir semestrlik təqaüdlü mübadilə proqramı çərçivəsində təhsil almaq imkanı qazanıblar.
Universitetin dörd tələbəsi - Samirə Əhmədova, Simran Hacaliyev, Camal Əhmədov və Nuray Əhmədova isə bu il DAAD-ın maliyyə dəstəyi ilə “Alman dili yay məktəbi” və “Mədəniyyətlərarası ünsiyyət və menecment” beynəlxalq proqramı çərçivəsində təlim və kurslarda olublar. Beynəlxalq təlimin təşkilində əsas məqsəd iştirakçı tələbələrin alman dili səviyyələrinin artırılmasına, eləcə də ümumi bilik səviyyələrinin inkişafına kömək göstərməkdir .

ATMU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər