Azərbaycan Pakistana 2 milyard dollar həcmində investisiya yatırmağı planlaşdırır.
Dawn qəzetinin məlumatına görə, bu investisiya sazişləri Pakistanın Baş naziri Şahbaz Şərifin ayın sonunda Bakıya gözlənilən səfəri zamanı imzalanacaq.
Görüş çərçivəsində iki ölkə arasında iqtisadi və strateji əməkdaşlığın genişləndirilməsi, enerji, infrastruktur və ticarət sahələrində yeni layihələrin müzakirəsi gözlənilir.
Bu sərmayənin Azərbaycan və Pakistan arasında iqtisadi tərəfdaşlığı daha da gücləndirəcəyi və strateji münasibətlərin inkişafına töhfə verəcəyi bildirilir.
Tehsil-press.az