Azərbaycan və Pakistan sərmayə qoyuluşunu müzakirə ediblər

Azərbaycan və Pakistan sərmayə qoyuluşunu müzakirə ediblər Maliyyə naziri Samir Şərifov Azərbaycanda səfərdə olan Pakistanın ticarət naziri Xürrəm Dastgir Xanı ilə görüşüb.

Nazirlikdən Tehsil-press.az-a verilən məlumata görə, görüşdə Pakistan ilə Azərbaycan arasında siyasi əlaqələrin yüksək səviyyəsinin öz növbəsində iqtisadi müstəvidə də münasibətlərin inkişafına geniş imkanlar açdığı vurğulanıb, qarşılıqlı ticarətin səviyyəsinin artırılması, sərmayə qoyuluşu və biznes imkanlarının müəyyənləşdirilməsi, xüsusiylə enerji, kənd təsərrüfatı, ticarət, tranzit, eləcə də sənayenin müxtəlif sahələrində əməkdaşlığın önəmi qeyd olunub.

Tehsil-press.az

Oxşar xəbərlər