Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edəcək

Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edəcək 2018-ci il iyulun 4-də Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək.
Tehsil-press.az bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir.
Qeyd olunur ki, forum iştirakçıları iqtisadi əməkdaşlığın və işgüzar əlaqələrin genişləndirilməsi perspektivlərini müzakirə edəcəklər.
Tədbir çərçivəsində Azərbaycan və Pakistanın biznes və investisiya imkanları təqdim olunacaq, eləcə də sahibkarlar arasında ikitərəfli görüşlər keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər