
Ş.Mustafayev Azərbaycan və ABŞ arasında təhlükəsizlik, terrorizmə qarşı mübarizə, eləcə də enerji, logistika və digər sahələrdə əməkdaşlıq edildiyini bildirib. “Hazırda ölkəmizdə 200-dən çox ABŞ şirkəti fəaliyyət göstərir. İndiyədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 10 milyard dollar investisiya qoyulub. Azərbaycan və ABŞ arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensial var”, - deyə nazir əlavə edib.
ABŞ Azərbaycanın iştirakı ilə reallaşdırılan enerji layihələrini, o cümlədən Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir. Con Həmbrik də ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün imkanlar olduğunu bildirib.
tehsil-press.az