Nazir xidməti maşını ilə nahara getdi, ortalıq qarışdı: istefası istənilir

Nazir xidməti maşını ilə nahara getdi, ortalıq qarışdı: istefası istənilir Avstraliyanın nəqliyyat naziri Co Haylen həftə sonu rəsmi avtomobilindən istifadə edərək nahara gedib.

Ictimai resurslardan şəxsi məqsədləri üçün istifadə etməkdə ittiham olunan Haylen üzr istəməyə məcbur olub.

Səhv qərar verdiyini etiraf edən nazir bu sözləri deyib: "Səhv etdim və buna görə üzr istəyirəm. Heç kim mükəmməl deyil. Şəxsi maşın çağırmalıydım".

Haylen istefaya çağırılıb, Avstraliya hökuməti isə hadisədən sonra dövlət məmurlarının rəsmi avtomobillərdən istifadəsinə daha sərt nəzarət tətbiq edəcəyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər