Şahin Bayramov: "Qarabağ Universitetində tibb fakültəsinin işini gücləndirmək istəyirik"

Şahin Bayramov: "Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsinin yaradılmasında məqsəd tibb təhsilinin, tibbi tədqiqatların və xidmətlərin göstərilməsi sahəsində bacarıqları inkişaf etdirməkdir".

Bunu Qarabağ Universitetində "Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli" mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında ali məktəbin rektoru Şahin Bayramov deyib.

Rektor bildirib ki, bu gün Xankəndidə baş tutan konfransda altı ölkədən 70-dən çox iştirakçı var:

"İstəyimiz müasir və aparıcı təcrübələrdən faydalanaraq Qarabağ Universitetində tibb fakültəsinin qurulması istiqamətindəki fəaliyyətlərimizi gücləndirmək və yaşadığımız bölgədə beynəlxalq standartlara uyğun tibbi xidmətlər göstərməkdir".

"Tədris prosesinin və tibb təhsili sahəsində kurrikulum məzmununun qurulması, istifadə olunacaq tibbi texnologiyaların müəyyənləşdirilməsi, aparılacaq tədqiqatları təyin etmək gələcək hədəflərimizdəndir", - deyə Ş.Bayramov qeyd edib./Oxu.Az/

Tehsil-press.az


Oxşar xəbərlər