
Xalq artisti Sabir Məmmədov nazirin teatr kollektivi ilə görüşü haqqında açıqlama verib.
Aktyor bildirib ki, mədəniyyət naziri teatrın qarşısında duran bütün problemlərlə yaxından tanışdır:
“Görüş çox maraqlı və faydalı oldu. Nazir yaradıcılıqla, teatr fəaliyyəti ilə bağlı konkret məqamlara toxundu. Xarici qastrolların təşkili, keyfiyyətli tamaşaların hazırlanması, rejissor və aktyor problemi və s. Bizim qarşımızda duran əsas istiqamətlər bunlardır. Dedi ki, teatrın Bədii Şurasının qarşısında çox ciddi məsələlər dayanır. Daha sonra dövlət dəstəyi haqqında danışdı. Dövlətimizin teatra diqqəti və qayğısı həmişə olub, bundan sonra da olacaq. Nurəddin Mehdixanlının çıxışı, təklifləri hər kəsin ürəyincə oldu. Görüş konstruktiv və demokratik keçdi. Hər kəs öz iradını, təklifini, narahatlığını dilə gətirdi. Hər bir suala cənab nazir geniş cavab verdi. Söz verdi ki, kimi hansı problemlər narahat edirsə, onlar gələcəkdə öz həllini tapacaq.
Nazirin çıxışı çox xoşumuza gəldi. Səbirli, intellektual, dünyanın mədəni prosesini bilən, aktyorlara xüsusi diqqət göstərən bir insandır. Adil müəllimin komandası da çox uğurlu komandadır. Çevik, operativ işləyirlər. Güman edirəm, cənab nazirin gəlişi, bizi dinləməsi teatrımızın gələcəyi üçün keyfiyyətli işlərin ortaya çıxmasına səbəb olacaq”.
Tehsil-press.az