Əməkdar artistlər nazirə şikayət etdilər

Əməkdar artistlər nazirə şikayət etdilər Əməkdar artist Mehriban Xanlarova və Münəvvər Əliyeva Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə ilə bağlı narazıçılığını mədəniyyət naziri Adil Kərimliyə də deyiblər.

Bu haqda M.Xanlarova özü məlumat paylaşıb. O bildirib ki,

"Mədəniyyət naziri Adil Kərimli teatr kollektivimizlə görüşdü. Təklif və şikayətlərimizə diqqətlə qulaq asaraq, fikirlərimizə hörmətlə, həssaslıqla yanaşdı. İnanırıq ki, bu görüşün nəticəsi yaxşı olacaq. Haqq səsimizin duyulmasında yanımızda olan bütün media nümayəndələrinə və haqsızlığa qarşı susmayan, göz yummayan hər kəsə sonsuz təşəkkürlərimi bildirirəm. Əziz həmkarlarım, Münəvvər Əliyeva və Məsmə Aslanqızı ilə ədalət uğrunda başlatdığımız mübarizə, yaddaşlarda qalacaq sarsılmaz bir dostluğun tarixini yazdı. Bu dostluq dürüstlüyün, cəsarətin və birliyin təmsilçisi oldu".

Qeyd edək ki, aktyorlar M.Ələkbərzadənin başqa teatrdan gənc aktyorları "Azdrama"ya gətirməsinə etiraz edib.

Tehsil-press.az

Oxşar xəbərlər