Xalq artisti Əli Nur gündəmi ÇALXALAYAN əlbəyaxadan DANIŞDI

Xalq artisti Əli Nur gündəmi ÇALXALAYAN əlbəyaxadan DANIŞDI Xalq artisti Əli Nur "Azdrama"da yaşanan əlbəyaxa barədə açıqlama verib".

Açıqlama verən aktyor bildirib ki, əlbəyaxa dava deyil, mübahisə yaşanıb:

"Teatr rəsmi açıqlama verib, hər şeyi izah edib. Teatrda heç bir davadan söhbət gedə bilməz. Niyə belə qələmə verirlər, bilmirəm. Ağ yalandır. Teatr dava yeri deyil, yaradıcılıq məkanıdır. Bədii Şuranın iclasında rejissor işi, aktyor oyunu haqqında mübahisə oldu. Yaradıcılıq işində mübahisə həmişə mümkündür. Xahiş edirəm, məni bir də bu məsələ ilə bağlı narahat etməyin. Belə şeyləri şişirtməyin. Teatrımızın uğurları haqqında yazın, biz də oxuyub sevinək".

Tehsil-press.az

Oxşar xəbərlər