Mingəçevir Dövlət Universitetində imtahan prosesi ilə bağlı yeniliklər edilib

Mingəçevir Dövlət Universitetində imtahan prosesi ilə bağlı yeniliklər edilib Mingəçevir Dövlət Universitetində (MDU) tələbələrlə aparılan görüşlər və daxil olan sorğuların nəticələrinə əsasən imtahan prosesi ilə bağlı bir sıra mühüm dəyişikliklərlə bağlı yeni qərarlar qəbul edilib. Qəbul edilən qərarlar universitetin imtahan sistemində daha obyektiv qiymətləndirmə və şəffaflığın təmin edilməsi məqsədi daşıyır.

• Elektron jurnala tam şəkildə keçid: Qərar qəbul edildiyi andan etibarən 20 gün ərzində universitetin ənənəvi jurnallarından imtina edilərək, dərsdə qiymətləndirmələri və qeydiyyat elektron jurnalda aparılacaq. Bu həm tələbələrin, həm də müəllimlərin işini asanlaşdıracaq.

• Elektron İmtahan Mərkəzinin qurulması: İmtahanların mərkəzləşdirilmiş qaydada aparılması üçün Elektron İmtahan Mərkəzi qurulacaq. Bu mərkəz tələbələrin imtahan prosesindən daha sürətli və şəffaf şəkildə keçməsinə imkan verəcək.

• Test bankının öncədən tələbələrə verilməsi: İmtahanlardan əvvəl tələbələrə test bankı təqdim ediləcək. Bu tələbələrin imtahanlara daha yaxşı hazırlanmalarını təmin edəcək.

• Mühəndislik ixtisaslarında pilot imtahanların tətbiqi: Mühəndislik ixtisaslarında pilot imtahanların tətbiqi ilə tələbələrin bilikləri daha yaxşı qiymətləndiriləcək.

• “Qaynar xətt” yaradılması: İmtahan proseslərinin təkmilləşdirilməsi və tələbələrə dəstək vermək məqsədilə “Qaynar xətt” yaradılacaq.

• Elektron təcrübə portalının yaradılması: Tələbələrin təcrübə işinin təkmilləşdirilməsi və asanlaşdırılması üçün Elektron Təcrübə Portalı yaradılacaq. Bu portal tələbələrin praktiki fəaliyyətlərini daha effektiv şəkildə izləməyə imkan verəcək.

• Magistr dissertasiyalarının müdafiəsi zamanı qabaqcıl nümayəndələrinin cəlb edilməsi: Magistr dissertasiyalarının müdafiəsi zamanı qabaqcıl sənaye nümayəndələri iştirak edəcəklər.

• Əlavə təlimlər və seminarlar: Şifahi, yazılı və test imtahanlarına hazırlıq məqsədilə tələbələrə əlavə olaraq 2 dərs təlimləri (seminarlar) verilməsi qərara alınıb. Bu tədbirlər tələbələrin imtahanlara daha yaxşı hazır olmalarını dəstəkləyəcək.

Tehsil-press.az

Oxşar xəbərlər