MDU-da 800-dən çox imtahanda 2800-dən çox tələbə və magistrantın iştirakı gözlənilir

MDU-da 800-dən çox imtahanda 2800-dən çox tələbə və magistrantın iştirakı gözlənilir Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasına və yekun dövlət attestasiyasına hazırlıqla bağlı bütün işlər vaxtında yekunlaşdırılıb.
Universitetdən bildirilib ki, 1 iyunda başlayan imtahan sessiyasi 5 iyul tarixində başa çatacaq. Tələbələrin aralıq qiymətləndirilməsi hər biri 10 bal olmaqla, 5 suala verilən cavablar əsasında şifahi və yazılı şəkildə həyata keçiriləcək.
Cari imtahan sessiyasında baş tutacaq 800-dən çox imtahanda 2800-dən çox tələbə və magistrantın iştirakı gözlənilir. 23 ixtisas üzrə 549 nəfər tələbə yekun dövlət attestasiyasına, 14 ixtisas (ixtisaslaşma) üzrə 52 nəfər magistrant isə magistrlik dissertasiyasının müdafiəsinə buraxılacaq. Yekun dövlət attestasiyası və imtahan sessiyası ilə bağlı bütün texniki və təşkilati işlər vaxtında görülüb, tələbələrin cari qiymətləndirilməsi başa çatdırılıb, imtahan cədvəlləri təsdiq edilib, hər bir fənn üzrə imtahan sualları vaxtında tələbələrə çatdırılıb.
İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək, eləcə də yаrаnа biləcək nеqаtiv hаllаrı dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədilə İmtahan Qərargahı, İmtahanlara dəstək qrupu və Apelyasiya komissiyası yaradılıb. Eyni zamanda, sessiya ərzində “Qaynar xətt”in (telefon və e-mail vasitəsilə) fəaliyyəti təmin ediləcək, rektorun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcək.

Tehsil-press.az




Oxşar xəbərlər