
Vəkillər Kollegiyasından e-huquq.az-a verilən məlumata görə, şifahi müsahibə mərhələsində 114 vəkilliyə namizəd iştirak edib.
İmtahanların nəticələrinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini alan 104 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılıb.
Qeyd edək ki, vəkilliyə namizədlərin icbari təlimi aprelin 30-u saat 09:00-da Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında başlayacaq.
Şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz.
Tehsil-press.az