Yekun müsahibədən keçən hakimliyə namizədlərin adları açıqlandı - SİYAHI

Yekun müsahibədən keçən hakimliyə namizədlərin adları açıqlandı - SİYAHI Test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək ilkin tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni uğurla başa vurmuş hakimliyə namizədlərlə Hakimlərin Seçki Komitəsi tərəfindən yekun müsahibə keçirilib.

Bu barədə e-huquq.az-a Hakimlərin Seçki Komitəsindən məlumat verilib.

Bildirilib ki, yekun müsahibədə namizədlərin uzunmüddətli tədris kursunun proqramını mənimsəmə səviyyəsi, onların hüquq sahəsində nəzəri və praktiki biliklərini tətbiq etmək bacarığı və ümumi dünyagörüşü, hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsi Komitə tərəfindən qiymətləndirilməklə 34 hakimliyə namizəd yekun müsahibədə müvəffəqiyyət qazanıb, onların qiymətləndirilməsinin nəticələri və ixtisaslaşmaları barədə rəylər Məhkəmə-Hüquq Şurasına təqdim olunub.

Qanunvericiliyə uyğun olaraq 02 oktyabr 2024-cü il tarixdə Şura tərəfindən namizədlərlə söhbət və ixtisaslaşma aparılacaq.

Müsabiqədə uğur qazanmış hakimliyə namizədlərin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz.

Tehsil-press.az

Oxşar xəbərlər