
Bunu açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, bu keçid kifayət qədər mürəkkəb prosesdir.
"Hüquqi əsas yaradılmalıdır, iqtisadi tədqiqat aparılmalıdır, statistik təhlillər aparılmalıdır. Nəticə etibarilə Əmək Məcəlləsində böyük dəyişikliklər həyata keçirilməlidir, digər qanunvericilik aktlarında da bu dəyişiklik edilməlidir. Mövcud infrastrukturda fərqliliklər olmalıdır, texniki dəstək göstərilməlidir. Daha sonra monitorinq və nəzarət sistemi olmalıdır. Yəni çətin, uzun bir prosesdir".
İqtisadçı həmçinin qeyd edib ki, sözügedən prosesdə kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin göstərilməsinə ehtiyac var:
"Çünki bu, mikro və kiçik sahibkarlar üçün ciddi maliyyə yükü yaradacaq. Eyni zamanda, inzibati yük yaradacaq, işçilərin sayında müəyyən qədər azalmalar ola bilər, məhsuldarlığa təsir göstərəcək. Əlavə olaraq, şəffaflıq və qeyri-formallığa zəmin yaradacaq. Bu məsələlər var. Məhz bu baxımdan KOB-ların müəyyən dəstəyə ehtiyacı olacaq.
Dünya təcrübəsində belə faktlar var. ABŞ-də, Kanadada, Yeni Zelandiyada, Britaniyada saatlıq əməkhaqqı prinsipləri ilə fəaliyyət göstərilir. Amma Almaniya, Fransa, İspaniya, Türkiyə kimi ölkələr aylıq minimum əməkhaqqı ilə fəaliyyət göstərirlər. Düşünürəm bunun həm müsbət, həm də mənfi tərəfləri olacaq".
Tehsil-press.az