Bu hadisədən 13 il 8 ay sonra Həsrət Əliyevin həyətindən tapılan insan sümüklərinin oğlu Elşən Əliyevə aid olması şübhə yaradıb. Diş və digər qalıqların ekspertizası zamanı müəyyən edilib ki, sümüklər Həsrət və Minavər Əliyevlərin övladı, Elşənə məxsusdur və təxminən 10-15 il əvvəl küt alətlə başından vurularaq öldürülüb. Bəs onu kim, niyə öldürmüşdü… Bunun üçün 2001-ci ilin iyuluna qayıtmaq lazımdır. Həmin vaxtlarda Həsrət Əliyev yoldaşı Minavər, oğlu Elşən, gəlini Yegabə və azyaşlı nəvələri Ravidlə birgə Hacıqayıb kəndində yaşayır. Həsrət Əliyevin bu zaman 65 yaşı olsa da, olduqca qüvvtli və hökmlü adam olub. Evin söz sahibi o olub.
Bu hökm günlərin bir günü yavaş-yavaş Həsrəti gəlininə meylləndirib. Yaşlı qayınata oğlunun gənc xanımına tamah salıb. İş o yerə çatıb ki, oğlu Elman da bu münasibəti hiss edib və hamilə yoldaşına qayınatasından uzaq olmağı, evdə onunla tək qalmamağı və onun sözünə baxmamağı tapşırıb. Lakin qayınata Həsrət Əliyev gün-gündən gəlinə daha çox yaxınlaşıb.
Tehsil-press.az