
Səfər çərçivəsində rektor Elbrus İsayevin rəhbərliyi ilə nümayəndə heyəti Ankara Universitetində olublar. NDU nümayəndə heyətini qarşılayan Ankara Universiteti rektoru Necdet Ünüvar qardaş ölkə universitetləri arasında çoxşaxəli əməkdaşlıq sahələrinin əhəmiyyətindən və əlaqələrin daha məhsuldar istiqamətdə irəliləməsi üçün gələcək fəaliyyətlərdən bəhs edib.
Rektor Elbrus İsayev Ankara Universiteti müəllim və həkimlərinin Naxçıvan Dövlət Universiteti tələbələrinin mobillik, təcrübə, yay istehsalat təcrübəsi, rezidentlərin rotasiyası və digər sahələrdə inkişafına verəcəyi töhfələrdən söz açıb və əməkdaşlığın əhəmiyyəti barədə fikirlərini bölüşüb. Rektor həmçinin professor-müəllim heyətinin peşəkarlığının artırılması istiqamətində qarşılıqlı əməkdaşlıqlara diqqət çəkərək Ankara Universiteti müəllim və həkimlərinin NDU-da tədris və tədqiqata cəlbi sahəsində fəaliyyətlərin davam etdirilməsinin önəmini vurğulayıb.
Görüşdə universitetlər arasında imzalanması nəzərdə tutulan “Kompüter mühəndisliyi” ixtisası üzrə ikili diplom danışıqlarının gedişatı heyətlər arasında qarşılıqlı müzakirə edilib və potensial birgə proqramlar barədə razılıq əldə olunub. Ali təhsil müəssisələri arasında işçi qruplarının yaradılması və müəyyənləşdirilmiş fəaliyyət sahələrinin sistemli şəkildə icrası razılaşdırılıb.
Görüşdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə xanım Nəsibova da iştirak edib.
Tehsil-press.az