BDU-da Ankara Sosial Elmlər Universiteti ilə birgə sosial elmi-tədqiqat layihələri həyata keçiriləcək

BDU-da Ankara Sosial Elmlər Universiteti ilə birgə sosial elmi-tədqiqat layihələri həyata keçiriləcək Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev və nümayəndə heyəti Ankara Sosial Elmlər Universitetində olub.
BDU-nun nümayəndə heyəti Ankara Sosial Elmlər Universitetinin rektoru Musa Kazım Arıcan və universitetin professor-müəllim heyəti ilə görüşüb. Görüşdə BDU və Türkiyənin Ankara Sosial Elmlər Universiteti arasında imzalanmış anlaşma memorandumu və “Erasmus+ K171” mübadilə müqaviləsi çərçivəsində görüləcək işlər müzakirə edilib.
Nümayəndə heyəti Ankara Sosial Elmlər Universitetinin Sosiokəndini ziyarət edib, təcrübəsini öyrənib. Sosiokəndin rəhbəri Erdal Akdeve qurumun fəaliyyəti ilə bağlı ətraflı təqdimat edib.
Görüşdə BDU-da Ankara Sosial Elmlər Universiteti ilə birgə sosial elmi-tədqiqat layihələrinin aparılması qərara alınıb.

Tehsil-press.az


Oxşar xəbərlər