
Bu barədə “Hraparak” qəzetinin məqaləsində qeyd olunur.
Nəşr yazır ki, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan özlərinin namizədliyinin uğurlu olacağını düşünmürlər. Çünki hər ikisinin reytinqi çox aşağıdır. Bu səbəbdən müxalifət qüvvələri namizəd axtarışına çıxıblar.
Hələ 2020-ci ildə də Paşinyana qarşı impiçment prosesinin başladılmasına əsas maneə məhz posta yaxşı namizədin tapılmaması olub. İndi isə məsələni kökündən həll etmək üçün bütün müxalifət aktivləşərək müvafiq şəxsləri nəzərdən keçirməyə başlayıblar.
Qəzetin əldə etdiyi məlumata görə, Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Qazaryan bu istiqamətə xüsusi olaraq diqqət yetirir. Hətta onun bir neçə şəxsin adlarının yer aldığı siyahı hazırladığı və iki böyük müxalifət partiyası “Şəfərim var”la “Hayastan”a təqdim etdiyi bildirilir.
Məlumata görə, ən uğurlu namizəd həm hakim Mülki Müqavilə Partiyası ilə, həm də Köçəryan və Sərkisyanla işləmiş, baş nazirin keçmiş müavini Armen Gevorqyandır. Lakin Gevorqyan razılaşmayıb və o postu istəmədiyini bildirib. Amma müxalifət Robert Köçəryanın onun fikrini dəyişə biləcəyini düşünür. Əgər Köçəryan Gevorqyanla danışarsa, o razılaşacaq.
Tehsil-press.az