Azərbaycan bayrağını yandırmaq qəbuledilməzdirsə… - Köçəryan

Azərbaycan bayrağını yandırmaq qəbuledilməzdirsə… - Köçəryan Baş nazir Nikol Paşinyanın İrəvanda Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasını pisləməsindən sonra Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ölkə hakimiyyətini “ikili standartlarda” ittiham edib.

Köçəryan 2015-ci ildə bu gün hakimiyyətdə olan şəxslərin Rusiyanın İrəvandakı səfirliyi önündə Rusiya bayrağını yandırmağa cəhd etdiyini xatırladıb.

“Onlar Xarici İşlər Nazirliyinin indiki rəhbəri, baş nazirin keçmiş mətbuat katibi, baş nazirin indiki köməkçiləridir. Əgər ümumən bayraq yandırmaq qəbuledilməz addımdırsa, indiki hakimiyyətin Rusiya və Türkiyə ilə bağlı ikili standartları təəccüb doğurur”, - o bildirib.

Qeyd edək ki, 23 apreldə qondarma “erməni soyqırımı” ilə bağlı İrəvanın mərkəzində keçirilən “məşəl yürüşü” başlamazdan öncə meydanda Azərbaycan və Türkiyə bayraqları yandırılıb. Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib.

Tehsil-press.az


Oxşar xəbərlər