Köçəryan azadlığa çıxdı

Köçəryan azadlığa çıxdı Ermənistan Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Köçəryanı azadlığa buraxıb. Vəkil Ruben Saakyanın sözlərinə görə, məhkəmə müəyyən edib ki, Robert Köçəryan toxunulmaz şəxsdir.
Jurnalistlərlə söhbətində Robert Köçəryanın vəkillərindən biri Ruben Saakyan deyib ki, məhkəmə müdafiə tərəfinin vəsatətini təmin edib və keçmiş prezidentin toxunulmazlığını nəzərə alaraq, ilk instansiya məhkəmənin qərarını ləğv edib. “Robert Köçəryan artıq məhkəmə binasından çıxıb”, - vəkil qeyd edib.
Xatırladaq ki, Köçəryan iyulun 28-də məhkəmənin qərarı ilə həbs edilmişdi. O, 2008-ci ildə konstitusiya quruluşunun devrilməsində ittiham olunur.

Tehsil-press.az

Oxşar xəbərlər