Netanyahunun Azərbaycan səfərinə ŞOK ƏNGƏL: Türkiyə icazə vermədi! - FOTO

Netanyahunun Azərbaycan səfərinə ŞOK ƏNGƏL: Türkiyə icazə vermədi! - FOTO Türkiyə İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycan səfəri üçün hava məkanından istifadə etməsinə icazə verməyib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keçeli jurnalistlərə açıqlama verib.

“İsrailin baş nazirinin təyyarəsinə hava məkanımızdan istifadə üçün icazə verildiyi iddiaları tamamilə həqiqətə uyğun deyil. Bu barədə bizə heç bir rəsmi müraciət daxil olmayıb”, – deyə diplomat bildirib.

Türkiyə Prezident Administrasiyası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi də məsələ ilə bağlı açıqlama verərək bildirib ki, Türkiyə Netanyahunun təyyarəsinə hava məkanından istifadə icazəsi verməyib.

“Bəzi sosial media hesablarında paylaşılan “Türkiyə öz hava məkanını Netanyahunun təyyarəsi üçün açdı” iddiası doğru deyil. İsrailin baş naziri Benyamin Netanyahunun mayın 7-də Azərbaycana səfəri üçün Türkiyənin hava məkanının açılmasından qətiyyən söhbət gedə bilməz”, – deyə mərkəzin açıqlamasında qeyd olunub.

Mərkəz həmçinin xatırladıb ki, Türkiyə İsrailin Qəzza zolağına qarşı soyqırım siyasəti ilə bağlı hava məkanını İsrail təyyarələri üçün bağlayıb.

Qeyd edək ki, Netanyahu mayın 7-11-də Bakıya səfər etməyi planlaşdırır. Ötən ilin noyabrında Ankara İsrail prezidenti İsaak Hersoqun təyyarəsinin hava məkanından keçməsinə icazə verməyib. Bu mövqe Qəzza zolağındakı vəziyyətlə əlaqədar ölkələr arasında münasibətlərin əhəmiyyətli dərəcədə soyuması ilə bağlıdır.

Netanyahunun Azərbaycan səfərinə ŞOK ƏNGƏL: Türkiyə icazə vermədi! - FOTO


Tehsil-press.az

Oxşar xəbərlər