Ağ Evin sözçüsü təhdid etdi – “Qiyamət qopacaq”

Ağ Evin sözçüsü təhdid etdi – “Qiyamət qopacaq” Ağ Evin sözçüsü Karolin Levitt İsrailin Qəzza zolağına yeni hava zərbələri ilə bağlı açıqlama verib.

Sözçü ABŞ-nin bu hücumlarla bağlı əvvəlcədən məlumatlı olduğunu təsdiqləyib və İsrailin bu barədə Ağ Ev və Tramp administrasiyası ilə məsləhətləşdiyini bildirib.

Baş verənlərlə bağlı “Qiyamət qopacaq” ifadəsini işlədən Levitt ABŞ Prezidenti Donald Trampın İsraili dəstəkləməkdən çəkinmədiyini vurğulayıb.

Xatırladaq ki, İsrail gecə saatlarında Qəzza zolağına hava zərbələri endirib. Hücumlar zamanı 200-dən çox insanın həyatını itirdiyi açıqlanıb.

Tehsil-press.az

Oxşar xəbərlər