BDU və Özbəkistanın Əbu Əli İbn Sina adına Buxara Dövlət Tibb İnstitutu arasında anlaşma memorandumu imzalanıb

BDU və Özbəkistanın Əbu Əli İbn Sina adına Buxara Dövlət Tibb İnstitutu arasında anlaşma memorandumu imzalanıb Bakı Dövlət Universiteti (BDU) və Özbəkistanın Əbu Əli İbn Sina adına Buxara Dövlət Tibb İnstitutu arasında anlaşma memorandumu imzalanıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Əbu Əli İbn Sina adına Buxara Dövlət Tibb İnstitutunun rektoru Şuxrat Teşayev imzalayıblar.

Rektor Elçin Babayev bildirib ki, 1919-cu ildə BDU fəaliyyətə başlayanda onun ilk fakültələri məhz Tarix-filologiya və Tibb fakültələri olub. Hazırda BDU-da biologiya, kimya, biokimya, biofizika, biotexnologiya, genetika və s. kimi tibbə yaxın sahələr üzrə mütəxəssislər hazırlanır, tədqiqatlar aparılır. Bundan əlavə, BDU-da ICESCO-nun ixtisaslaşmış Biotibbi materiallar kafedrası da fəaliyyət göstərir. Rektor Əbu Əli İbn Sina adına Buxara Dövlət Tibb İnstitutu ilə adıçəkilən sahələr üzrə ortaq elmi tədqiqatların aparılması, birgə elmi konfransların təşkil edilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

Əbu Əli İbn Sina adına Buxara Dövlət Tibb İnstitutunun rektoru Şuxrat Teşayev 35 illik tarixə malik ali təhsil müəssisəsinin 10 min tələbəsi, 3 klinikasının olduğunu bildirib. O, imzalanan memorandumun hər iki ali təhsil ocağının inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Memorandumda birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.

Tehsil-press.az

Oxşar xəbərlər