Bəzi məhkəmələrə sədr və müavinlər təyin olundu - SİYAHI

Bəzi məhkəmələrə sədr və müavinlər təyin olundu - SİYAHI Azərbaycan Ali Məhkəməsinə sədr müavini və məhkəmə kollegiyalarına sədr, apellyasiya məhkəmələrinin məhkəmə kollegiyalarına sədr və bəzi birinci instansiya məhkəmələrinə sədrlər təyin edilib.

E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Ali Məhkəməsi üzrə:

- Çingiz İsgəndər oğlu Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini;

- Hafiz Qənbər oğlu Nəsibov Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri;

- Xəqani Səyyad oğlu Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri;

- Kəmalə Nəbi qızı Abiyeva Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri;

- Sənan Firudin oğlu Hacıyev Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri;

apellyasiya məhkəmələri üzrə:

- Elmar Eldar oğlu Rəhimov Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri;

- Rəşad Ziyaviddin oğlu Mamedov Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri;

- Şamil Qəhrəman oğlu Rzaquliyev Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri;

- Hökümə Çingiz qızı Babayeva Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri;

- Rövşən Rafiq oğlu Rəfiyev Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri;

- Elçin Şirin oğlu Hüseynov Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri;

- Tale Suliddin oğlu Kərimov Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri;

inzibati məhkəmələr üzrə:

- Araz Firidun oğlu Hüseynov Bakı İnzibati Məhkəməsinin sədri;

- Zəfər Arif oğlu Quliyev Gəncə İnzibati Məhkəməsinin sədri;

- İmran Ramazan oğlu Burcayev Sumqayıt İnzibati Məhkəməsinin sədri;

- Fehruz Novruz oğlu Abbasov Şirvan İnzibati Məhkəməsinin sədri;

kommersiya məhkəmələri üzrə:

- İlham Bayram oğlu Əhmədov Bakı Kommersiya Məhkəməsinin sədri;

- Rəşad Seylan oğlu Məmmədov Gəncə Kommersiya Məhkəməsinin sədri;

- Mübariz Rahil oğlu Hüseynov Şəki Kommersiya Məhkəməsinin sədri;

- Namidar Əlöysət oğlu Misirzadə Şirvan Kommersiya Məhkəməsinin sədri;

rayon (şəhər) məhkəmələri üzrə:

- Nemət Əlimusa oğlu Musayev Qazax Rayon Məhkəməsinin sədri;

- Rəşad Rafiq oğlu Mustafayev Sumqayıt Şəhər Məhkəməsinin sədri təyin edilib.

Qeyd edək ki, Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Tehsil-press.az

Oxşar xəbərlər