
Sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirə olunub.
Qərar layihəsinə əsasən, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Orxan İsmayılov, Füzuli Rayon Məhkəməsinin hakimi (sədr) Aqil Əlisa oğlu Musayev və Zəfər Əhmədov Bakı Apellyasiya Məhkəməsinə hakim təyin edilməsi təklif olunub.
Həmçinin, aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi layihədə yer alıb:
- Elbəy Hidayət oğlu Allahverdiyev;
- Fərid İlham oğlu Əyyubov;
- Xəyal Əjdər oğlu Sarıyev.
Sonda məsələ səsə qoyularaq bir oxunuşda qəbul olunub.
Tehsil-press.az