Türkiyədən Pakistana dəstək

Türkiyədən Pakistana dəstək Türkiyənin xarici işlər naziri Hakan Fidan pakistanlı həmkarı Məhəmməd İshaq Darla telefonla danışıb.

H.Fidan Pakistan və Hindistan arasında baş verən son hadisələr fonunda İslamabada dəstəyini ifadə edib.

“Türkiyənin xarici işlər naziri Hakan Fidan xarici işlər naziri İshaq Dara zəng edərək Pakistanın suverenliyini pozan və günahsız dinc sakinləri qətlə yetirən Hindistanın əsassız təcavüzünə qarşı Türkiyənin Pakistanla həmrəy olduğunu bildirib. O, regional təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsindən narahatlığını bildirib. Hər iki nazir vəziyyətin inkişafı ilə bağlı sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər”, - Pakistan XİN-nin məlumatında qeyd olunub.

Qeyd edək ki, Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib. Nəticədə 8 nəfər ölüb, onlarla yaralı var.

Tehsil-press.az

Oxşar xəbərlər