Arif Babayev xəstəxanaya YERLƏŞDİRİLDİ

Arif Babayev xəstəxanaya YERLƏŞDİRİLDİ Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib.

Bu haqda Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib.

“Atam iki gündür ki, Mərkəzi Klinikaya yerləşdirilib. Səhhətində kiçik problem yaranıb. İnşallah, bir neçə günə xəstəxanadan evə buraxılacaq”, - deyə Y. Babayev bildirib.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Xalq artisti Arif Babayev Heydər Əliyev Mükafatına layiq görülüb.

Tehsil-press.az

Oxşar xəbərlər