BDU komandasının üzvləri – Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin III kurs tələbələri Tahir Əliyev və Cəmil Cəfərli, Kimya fakültəsinin II kurs tələbəsi Aytac Sadıqova, Ekologiya və torpaqşünaslıq fakültəsinin IV kurs tələbəsi Nicat Həsənov hakatonda “Grove” insanları gündəlik ekoloji davranışlara təşviq edən innovativ mobil platforma layihəsi ilə çıxış ediblər. BDU komandasının təqdim etdiyi tətbiq istifadəçilərə hər gün ekoloji tapşırıqlar təqdim edir, onların yerinə yetirilməsini foto ilə təsdiqləyir və istifadəçiləri xal, mükafat sistemi ilə motivasiya edir. “Grove” layihəsinin üstünlüyü sadəcə məlumatlandırma platforması olmasında deyil, insanları real ekoloji fəaliyyətə cəlb edən interaktiv ekosistem təqdim etməsindədir. İstifadəçilər tətbiq vasitəsilə çirkli əraziləri xəritədə bildirə, problemlərin həllinə qoşula, digər istifadəçilərlə əlaqə qura və liderlik cədvəlində yarışa bilirlər.
Tələbələrimizi təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
Tehsil-press.az









