
Simulyasiya konfransı çərçivəsində fərqli ölkə nümayəndələrini təmsil edən tələbələr mövzu üzrə çıxışlar ediblər. İştirakçılar beynəlxalq müstəvidə qlobal informasiya təhlükəsizliyi və beynəlxalq münaqişələrdə medianın təsir gücü ilə bağlı daha ətraflı məlumat əldə etmək, beynəlxalq münasibətlərin təhlili və praktiki istifadəsi ilə yaxından tanış olmaq imkanı qazanıblar.
Simulyasiya konfransının iştirakçıları təmsil etdikləri ölkələrin mövqeyinə uyğun olaraq real situasiyalar əsasında qərar qəbuletmə prosesində iştirak ediblər.
Qeyd edək ki, simulyasiya informasiya təhlükəsizliyinin çağdaş dövrdə beynəlxalq təhlükəsizlik modelindəki yerini vurğulamaq, medianın münaqişələrin gedişinə və həllinə təsir imkanlarını təhlil etmək, eləcə də tələbələrə praktik bilik və bacarıqlar qazandırmaq məqsədilə təşkil edilib.
Tehsil-press.az