Müxtəlif ölkələri təmsil edən tələbələr diplomatik bacarıqlarını yoxladılar

Müxtəlif ölkələri təmsil edən tələbələr diplomatik bacarıqlarını yoxladılar Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) II BMT modeli simulyasiya konfransı keçirilib.
Konfrans Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, BMT-nin Azərbaycandakı nümayəndələrinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən həyata keçirilən “AzMUN” proqramı çərçivəsində təşkil olunub.
İki gün davam edən simulyasiya konfransında Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən istedadlı tələbələr iştirak ediblər. Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikadan müxtəlif dövlətləri təmsil edən gənclər BMT-nin Baş Assambleyası və UNESCO-nun Ümumdünya İrs Komitəsində iştirak edib, mühazirələr və debatlar apararaq verilən problemlər üzrə həll yollarını araşdırıb, müxtəlif qətnamələr qəbul ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər