“Beynəlxalq jurnalistika məktəbi”nin iştirakçılarına sertifikatlar verilib

“Beynəlxalq jurnalistika məktəbi”nin iştirakçılarına sertifikatlar verilib Bakı Dövlət Universiteti (BDU) jurnalistika fakültəsinin “Beynəlxalq jurnalistika məktəbi” layihəsinin iştirakçılarına sertifikatların təqdim olunması mərasimi keçirilib.
Tədbirdə çıxış edən layihə rəhbərlərindən biri, fakültənin dekanı, dosent Vüqar Əliyev iştirakçıların 10 təlimdə beynəlxalq jurnalistikanın müxtəlif sahələr üzrə bilik və bacarıqlarına yiyələndiklərini diqqətə çatdırıb. Layihənin digər rəhbərləri beynəlxalq jurnalistika kafedrasının dosentləri - Vəfa İsgəndərova və Pərvanə İbrahimova iştirakçılara beynəlxalq jurnalistika anlayışının mahiyyəti, beynəlxalq jurnalist təşkilatlarının fəaliyyəti, beynəlxalq təşkilatların media siyasəti, diplomatiya ilə jurnalistikanın qarşılıqlı əlaqələri, qlobal informasiya məkanında informasiya təhlükəsizliyi problemi, informasiya müharibəsi və başqa mövzular üzrə təlimlər keçirildiyini və təcrübi məşğələlər aparıldığını xatırladıblar.
Sonra jurnalistika fakültəsinin beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, professor Nəsir Əhmədli, dosent Sabir Məmmədli çıxış edərək beynəlxalq jurnalistika sahəsində nəzəri və təcrübi biliklərə malik yerli və xarici mütəxəssislərin keçdiyi təlimlərinin əhəmiyyətindən bəhs edib, sertifikat alan tələbələrə uğurlar arzulayıblar.
İştirakçılar layihə ilə bağlı fikirlərini bölüşüb, təkliflər irəli sürüblər.
Sonda “Beynəlxalq jurnalistika məktəbi” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihəyə təşkilati dəstəyi beynəlxalq jurnalistika kafedrası və tədris-teleradio studiyası verib.

Hikmət Əliyev

Oxşar xəbərlər