
Memorandumu BDU rektoru Elçin Babayev və İslamabad Fond Universitetinin Muhammad Kaleem Asif imzalayıb.
İmzalanma mərasimində çıxış edən rektor Elçin Babayev beynəlxalq əməkdaşlıqların gücləndirilməsinin BDU-nun inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu qeyd edib. O, Pakistanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan İslamabad Fond Universiteti ilə imzalanan memorandumun universitetlər arasında elmi-tədqiqat əməkdaşlığının, akademik mübadilə proqramlarının genişləndirilməsi, birgə innovativ layihələrin həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib.
Memorandum iki universitet arasında geniş spektrli əməkdaşlığı nəzərdə tutur. Memorandumda birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.
Tehsil-press.az