
Əvəllcə “Regionşünaslıq” (İsrail üzrə) ixtisası II kurs tələbələri İsrail poeziyasının formalaşması, əsas istiqamətləri barədə məlumat veriblər.
Tədbir zamanı Xaym Nahman Byalik, Lea Qoldberq, Yehuda Amixay, Raxel, Natan Alterman, Erez Biton və digər tanınmış İsrail şairlərinin həyat və yaradıcılığına həsr olunmuş təqdimatlar nümayiş etdirilib. Tələbələr tərəfindən həmin şairlərin seçilmiş şeirləri ivrit dilində səsləndirilib, azərbaycanca tərcümələri təqdim olunub.
Tədbirdə İsrail poeziyasında vətənpərvərlik, insan və təbiət münasibətləri, mühacirlik və kimlik axtarışı kimi mövzulara xüsusi yer verilib. Bu poeziyanın yalnız bədii-estetik deyil, həm də mədəni və siyasi yaddaşın ifadəsi olduğu vurğulanıb.
Sonda fakültə dekanı Aydan Xəndan, elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə və baş müəllim Təranə Hüseynbalayeva çıxış edərək, tələbələrin təşəbbüsünü yüksək qiymətləndirib, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıblar.
Tehsil-press.az