
Hadisə rayonun Zəhmətabad kəndində baş verib.
Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü Ramal Əzizağa oğlu Cəbrayılzadə həyətyanı sahədə ot toplayarkən onu ilan sancıb.
Zərərçəkən dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən ona zəruri tibbi yardım göstərilib, ilan əleyhinə zərdab vurulub.
Ramal Cəbrayılzadənin atasının sözlərinə görə, bununla beşinci dəfədir ki, oğlunu ilan sancır.
Tehsil-press.az