Şəkidə 53 yaşlı qadını ilan sancdı
Bu gün axşam saat 21:30 radələrində rayonun Qoxmuq kənd sakini, 1965-ci il təvəllüdlü Şəhla Qurbanəli qızı Salamova ilan sancma xəsarəti ilə Şəki Mərkəzi rayon Xəstəxanasına (MRX) daxil olub.
MRX-dan bildirilib ki, Şəhla Salamovanı yaşadığı kəndin ərazisində ilan sağ ayağın topuq nahiyəsindən sancıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Şəhla Salamovanın hazırda müayinə və müalicəsi aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.
Tehsil-press.az
- Baxış: 7713
Xəbərin tarixi: 24.05.2018 / 07:32
-
Oxşar xəbərlər