Cəlilabadda 45 yaşlı qadını əqrəb sancıb 

Cəlilabadda 45 yaşlı qadını əqrəb sancıb  Cəlilabad rayonunun Zopun kəndində 45 yaşlı qadını əqrəb sancıb.

Tehsil-press.az CTV-yə (Region TV) istinadən xəbər verir ki, kənd sakini Şəhla Səmədova həyətində yun toplayarkən əqrəb onun sol ayaq nahiyəsindən sancıb. O, əvvəlcə buna əhəmiyyət verməsə də, ayağında şiddətli ağrıların artdığını hiss etdikdən sonra baş verənlər barədə yaxınlarına xəbər verib.
Cəlilabad Mərkəzi rayon Xəstəxanasına çatdırılan xəstəyə əqrəb zəhəri əleyhinə zərdab vurulub. Hazırda onun vəziyyəti orta ağır olaraq qalır.


Tehsil-press.az

Oxşar xəbərlər