
Hüquqşünas Asim Mirzəzadə açıqlamasında bildirib ki, qeyd olunan yenilik Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarına əsaslanır. Həmin qərarda Mülki Məcəllənin 1246, 1248.1 və 1268.2-ci maddələri birgə şərh olunub və nəticədə vərəsələrin mirasa iddia etməsi üçün qoyulmuş vaxt məhdudiyyəti aradan qalxıb.
"Əvvəllər vərəsə 6 ay müddətində notariusa müraciət etməsə, onun mirasdan pay almaq hüququ itə bilərdi. İndi isə bu məhdudiyyət aradan qalxıb və vərəsələr istənilən vaxt mirasla bağlı müraciət edə bilərlər”, – hüquqşünas bildirib.
A.Mirzəzadə qeyd edib ki, vərəsəlik şəhadətnaməsinin alınması üçün vərəsələrin şəxsiyyət vəsiqələri, vəfat edən kəsin ölüm haqqında şəhadətnaməsi, ailə tərkibi haqqında arayış, miras əmlaka dair sənədlər tələb olunur.
Tehsil-press.az