
2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı elm və təhsil nazirinin 2025-ci il 7 may tarixli əmrinə əsasən nəzərdə tutulmuş müddəalar diqqətə çatdırılıb.
İclasda imtahan sessiyasının 2025-ci ilin iyun ayının 2-dən başlayaraq 5 həftə ərzində keçirilməsi, müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2025-ci il iyul ayının 3-dən 7-dək şərait yaradılması barədə qərar qəbul olunub. Yaz imtahan sessiyasında bakalavriat səviyyəsi üzrə 15500-dən çox, magistratura səviyyəsində 1160 təhsilalanın iştirakı gözlənilir.
Tehsil-press.az