
İmtahanlar iki növbədə (bakalavriatura səviyyəsi üzrə yazılı imtahanlar saat 10.00-13.00-dək, şifahi və magistratura səviyyəsi üzrə imtahanlar saat 14.00-17.00-dək) keçirilir.
Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün fevral ayının 5-dən 14-dək şərait yaradılacaq.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.
Tehsil-press.az