ATMU-da imtahanlarda iştirak etməyən tələbələr üçün şərait yaradılacaq

ATMU-da imtahanlarda iştirak etməyən tələbələr üçün şərait yaradılacaq Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) bakalavriat və magistratura (əyani) səviyyələrində 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir. Sessiyanın fevralın 3-də yekunlaşacağı planlaşdırılır.
Qiyabi formada təhsil alan tələbələr üçün imtahan sessiyası isə yanvarın 25–dən fevralın 1-dək təşkil ediləcək. Bakalavriat səviyyəsində 14 ixtisas üzrə təhsil alan 1698, magistratura səviyyəsində isə 11 ixtisaslaşmada təhsil alan 282 tələbənin qış imtahan sessiyasında iştirakı nəzərdə tutulub. Sessiya zamanı üzrlü səbəblərdən iştirak etməyən tələbələrə fevralın 9-dək həmin fənlərdən imtahan vermək üçün şərait yaradılacaq.
Qeyd edək ki, sessiyanın gedişatına nəzarət, həmçinin şəffaflığın təmin olunması məqsədilə ATMU-da Apellyasiya Komissiyası, İmtahan Qərargahı və “Qaynar xətt” fəaliyyət göstərir. Apellyasiya Komissiyası sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və şikayətlərin araşdırılmasını təmin edir.

Tehsil-press.az



Oxşar xəbərlər