Azərbaycanda 10 milyon manatlıq şərab şirkəti ləğv edilir

Azərbaycanda 10 milyon manatlıq şərab şirkəti ləğv edilir “Caspian Coast Winery and Vineyards” MMC-nin fəaliyyətinə xitam verilərək “Top Properties” MMC-yə qoşulur.

“Top Properties” MMC “Caspian Coast Winery and Vineyards” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.

Xatırladaq ki, “Caspian Coast Winery and Vineyards” MMC 2006-cı ildə yaradılıb, nizamnamə kapitalı 9 458 024 manatdır və qanuni təmsilçisi Fuad Mollayevdir.

Tehsil-press.az

Oxşar xəbərlər