
Media eksperti Zeynal Məmmədli deyib ki, bu tip proqramlar əsasən əyləndirmə xarakteri daşıyır və jurnalistika ilə əlaqəsi yoxdur:
“Televiziya sintetik məkandır və sahəsi genişdir. Jurnalistika cəmiyyəti məlumatlandırmalıdır. Elgizin və digərlərinin verilişində isə məqsəd bu deyil, əyləncədir. Bu, birbaşa televiziyanın siyasəti ilə bağlı məsələdir. Proqram menecerləri auditoriyanı cəlb etməyin üsullarını öyrənir və tətbiq edir. Nə qədər ki reklam bazarı sərbəst deyil, belə verilişlər çox olacaq. Maraqlı məqam odur ki, eyni formatda yayımlanan verilişləri kim maliyyələşdirir? Reklam verənlər məzmundan çox, reytinqə diqqət yetirirlər. Belə olan halda, onların qarşısına sosial öhdəlik qoyulmalıdır. Reklamçılar ictimai rəylə hesablaşmalıdırlar”.
Ekspert əlavə edib ki, belə sistemin bütün kanallarda yayılması diqqət çəkir:
“Burada söhbət konkret aparıcılardan deyil, sistemdən, menecerlərin yanaşmasından və proqramçılardan gedir. Ona görə də xəbərdarlıqlar formal qalır və telekanallara təsir göstərmir”.
Tehsil-press.az